Kikboksçumuz III Ümumdünya Kombat Oyunlarında ölkəmizə daha bir qızıl medal
qazandırdı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Kikboksçumuz Amin Quliyev Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən
III Ümumdünya Kombat Oyunlarında ölkəmizə daha bir qızıl medal qazandırıb.
Cixisyolu.com xəbər verir ki, o, finalda ötən il Türkiyənin Konya şəhərində
keçirilmiş V İslam Həmrəylik Oyunlarının qalibi Ali Atabərk Gürbüzcanla
qarşılaşıb. “Lou kik” 60 kq çəki dərəcəsində keçirilən döyüşdə gənc idmançımız
türkiyəli rəqibinə qalib gələrək multiidman yarışının qızıl medalını qazanıb.
Qeyd edək ki, Eduard Məmmədovun tələbəsi olan və öz ləqəbini verdiyi “Ağ
canavar” Amin Quliyev 1/4 finalda Andres Unsue Kazaxusu (İspaniya) və 1/2
finalda Maksim Semençuku məğlub etmişdi.
Xatırladaq ki, bu, multiidman yarışında Azərbaycan Kikboksinq Federasiyası
(AKF) idmançılarının bu il qazandığı 2-ci böyük uğurdur. Bu il Polşanın
Mışlenitse şəhərində Eduard Məmmədovun digər tələbəsi Fərid Ağamoğlanov III
Avropa Oyunlarının qızıl medalını qazanmışdı. Bununla da AKF idmançıları 2-ci
böyük multididman yarışından 100%-lik nəticə ilə qayıtmağı bacarıb.