1323c203-dec4-4652-83e8-803f2712dad8..jpg

Kikboksinq məşqçisinin qətlində təqsirləndirilən qadın barədə ekspertiza rəyi açıqlandı – FOTO

Baxış sayı: 609 dəfə baxılıb.

Kikboksinq məşqçisinin qətlində təqsirləndirilən qadın barədə ekspertiza rəyi
açıqlandı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sərhədçi” idman kompleksinin kikboksinq üzrə məşqçisi Nurani Qalabəylinin
qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə
məhkəmə araşdırması davam edir.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən
bugünkü iclasda təqsirləndirilən şəxslə bağlı ekspert rəyi elan olunub.

Bir neçə ay əvvəl Ə.Qalabəylinin vəkili Zibeydə Sadıqova vəsatət qaldıraraq
müvəkkilinin hadisə törədən vaxt anlaqlı vəziyyətdə olub-olmadığını müəyyən
etmək üçün təkrar ekspertiza keçirilməsini istəmişdi. Məhkəmə vəsatəti təmin
edib, yeni ekspertiza açıqlanana kimi prosesi təxirə salmışdı.

Ekspert rəyində qeyd olunub ki, təqsirləndirilən şəxs hadisə vaxtı anlaqlı
vəziyyətdə olmayıb. Bu əsasla verilmiş rəy hökm qəbul olunarkən nəzərə
alınmalıdır.

Onu da deyək ki, ibtidai istintaq dövründə keçirilən ekspertiza zamanı əks rəy
verilmişdi. Növbəti iclasda məhkəmə istintaqının yekunlaşacağı gözlənilir.

Xatırladaq ki, hadisə ötən ilin sentyabrında olub. 36 yaşlı Əfsanə Qalabəyli
özündən 13 yaş böyük həyat yoldaşını Əhmədli qəsəbəsində kirayə yaşadıqları
evdə 13 bıçaq zərbəsi ilə qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1
(qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Ə.Qalabəyli
məhkəmədəki ifadəsində ərinin illərlə ona əziyyət verdiyini, döyüb təhqir
etdiyini, özü və uşaqları evdə ola-ola başqa qadınlar gətirdiyini deyib. O,
həmçinin hadisə baş verən vaxt anlaqlı vəziyyətdə olmadığını bildirib.

Source link