Martın 22-də Moskvada azərbaycanlı iş adamına sui-qəsd olub.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.
Qeyd edilir ki, cinayətkarlar Moskva Dairəvi Avtomobil Yolunda “Range Rover”də olan biznesmenə hücum ediblər.
Güllələrdən bir iş adamının ayağına dəyib.
Bildirilir ki, yaralı şəxs özü xəstəxanaya gedib.
Faktla bağlı araşdırma aparılır.