Kim Çen In ABŞ-a səfər edəcək

Baxış sayı: 3. 421 dəfə baxılıb.

Kim Çen In ABŞ-a səfər edəcək

Sinqapurda uğurlu keçən sammitdən sonra KXDR lideri Kim Çen In ABŞ prezidenti Donald Trampın Vaşinqtona səfər etməklə bağlı təklifini qəbul edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda KXDR-nın dövlət agentliyi məlumat yayıb.

“Kim Çen In Trampı ona rahat olan vaxtda Pxenyana səfər etməyə çağırıb, Tramp isə öz növbəsində Kim Çen Inı ABŞ-a dəvət edib. ABŞ və Şimali Koreya liderləri bu dəvətləri böyük məmnuniyyətlə qəbul edib. Onlar bunun ABŞ-KXDR münasibətlərində vacib hadisəyə çevriləcəyinə əminlik ifadə edib.”, -deyə agentliyin məlumatında qeyd olunur.

Xatırladaq ki, ABŞ və Şimali Koreya liderləri arasında sammit iyunun 12-də Sinqapurda keçirilib. Dövlət başçılarının görüşü Sentosa adasında yerləşən “Kapella” otelində baş tutub.

.
www.ÇıxışYolu.Com