Almaniyanın “Daimler” şirkəti Şimali Koreya lideri Kim Çen Inın istifadəsində olan avtomobillərlə bağlı bəyanat yayıb.
Fox News xəbər verir ki, şirkət istehsal etdiyi avtomobillərin hansı yolla Şimali Koreyada peyda olmasından məlumatsız olduğunu bəyan edib.
Qeyd olunur ki, şirkət Şimali Koreya ilə avtomobillərin satışına dair heç bir müqavilə imzalamayıb.
“Maşınların bu ölkəyə necə gedib çıxdığını bilmirik”, – deyə şirkətin nümayəndəsi Silk Moket bildirib.
Xatırladaq ki, Şimali Koreyaya qarşı qəbul olunan sanksiya üzündən Pxenyan qərb ölkələrindən avtomobillər ala bilməz.