Kim Çen In “xalq düşmənləri”ni əfv edəcək

Baxış sayı: 1. 994 dəfə baxılıb.

Kim Çen In “xalq düşmənləri”ni əfv edəcək

Bu ilin avqustunda Şimali Koreyada amnistiya gözlənilir. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. 

Amnistiya sentyabrın 9-da qeyd olunacaq ölkənin yaradılmasının 70 illiyinə həsr olunub. 

Amnistiya ölkəyə və xalqa qarşı cinayət törədən şəxslərə aid ediləcək və avqustun 1-də başlayacaq. 

Sonuncu dəfə KXDR 3 il əvvəl amnistiya keçirib. O zaman bu, Koreya yarımadasının Yaponiyanın müstəmləkəçiliyindən azad olunmasının 70 illiyi münasibəti ilə təşkil olunub.

www.ÇıxışYolu.Com