d0aabaf3-e552-4eb0-a126-28f5293364aa..jpg

Kim Çen Inın Rusiyaya rəsmi səfəri başa çatıb – VİDEO

Baxış sayı: 473 dəfə baxılıb.

Kim Çen Inın Rusiyaya rəsmi səfəri başa çatıb – VİDEO

Şimali Koreya lideri Kim Çen Inın Rusiya Federasiyasına rəsmi səfəri başa
çatıb.

Bu barədə Rusiyanın təbii sərvətlər naziri, iki ölkənin hökumətlərarası
komissiyasının rəhbəri Aleksandr Kozlov məlumat verib.

“Yoldaş Kim Çen Inın rəsmi səfəri başa çatıb. Altı gün ərzində biz bir neçə
müəssisədə, təhsil və mədəniyyət müəssisələrində olduq”, – o, qeyd edib.

Nazirin sözlərinə görə, Kim Çen In ən xırda detallarla maraqlanıb və diqqətli
olub.

Ölkə başçısının zirehli qatarı Primorsk diyarındakı Artem stansiyasından
Şimali Koreyaya yola düşüb.

Mənbə: TASS


Source link