1d46b2d1-02c2-4901-af2a-d7779b8ff91b..jpg

Kimlər ödənişli yola buraxılmayacaqlar? – AÇIQLAMA

Baxış sayı: 765 dəfə baxılıb.

Kimlər ödənişli yola buraxılmayacaqlar? – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yüklü halda çəkisi normadan artıq olan yük avtomobilləri ödənişli yola
buraxılmayacaq”.

Bunu Cixisyolu.com-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
(AAYDA) mətbuat katibiAnar Nəcəfli deyib.

A.Nəcəflinin sözlərinə görə, bunun üçün yolun giriş-çıxışına xüsusi tərəzilər
quraşdırılıb:

“Avtonəqliyyat vasitələrinin beynəlxalq tələblərə uyğun yükgötürmə normaları
var. Həmin normalara görə avtomobilin hər bir oxuna düşən çəki müəyyən edilib.
Ödənişli yolda avtonəqliyyat vasitəsi yolun ödəniş məntəqəsindən keçərkən orada
quraşdırılan sensorlu xüsusi tərəzilər onun hər oxuna düşən yükü çəkəcək. Əgər
avtomobil beynəlxalq tələblərdə nəzərdə tutulandan artıq yük götürərsə,
sensorlar onu qeydə alır və avtomatik həmin nəqliyyat vasitəsi ödənişli yola
buraxılmır”.

Qeyd edək ki, Bakı-Rusiya Federasiyası istiqamətində tikilən yolun ödənişli
hissəsinin uzunluğu 129 km, hərəkət zolaqlarının sayı 4, yola giriş-çıxış
məntəqələrinin sayı 6-dır. Hər məntəqədə 2 giriş və 2 çıxış xətti mövcuddur.

Könül Cəfərli

Source link