9aadd30d-ba52-4e02-9f1f-0838856d644c..jpg

Kiprdə israilli iş adamlarını öldürməyi planlaşdıran iranlılar həbs edildi – FOTO

Baxış sayı: 411 dəfə baxılıb.

Kiprdə israilli iş adamlarını öldürməyi planlaşdıran iranlılar həbs edildi –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kipr hökuməti “Mossad” ilə birlikdə keçirdiyi əməliyyat zamanı israilli iş
adamlarını hədəfə almağa çalışan və SEPAH-la birbaşa əlaqəsi olan iki iranlını
həbs edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Adının açıqlanmasını istəməyən Kipr rəsmisinin məlumatına görə, bu iki iranlı
şəxs noyabrın 3-dən polis nəzarətindədir və onların deportasiya prosesi davam
edir.

Qeyd olunub ki, polislər şübhəliləri iki həftə müddətində izləyib və qətli
törətmək üçün hərəkətə keçdiklərində onları həbs ediblər.

Kipr rəsmisinin sözlərinə görə, iranlılar ölkənin türklər yaşayan bölgəsində
daha iki nəfərlə əlaqə saxlayıblar. Bildirilib ki, bu iki şəxs də SEPAH-a
çalışır, lakin hələlik onların kimlikləri barədə dəqiq məlumat yoxdur.

Source link