dcae9029-0a63-4140-a216-5db8a4a9f279.webp

Kirayə yer götürərək qumar oyunları təşkil edən şəxsə hökm oxundu

Baxış sayı: 31 dəfə baxılıb.

Bakıda ev tipli qeyri-yaşayış obyektini kirayələyib, qumar oyunları təşkil
edən şəxsə hökm oxunub.

“Qaynarinfo”nun məlumatına görə, 22 iyun 1970-ci ildə Gürcüstan
Respublikasının Bolnisi rayonunda doğulmuş Azər Turabov Daxili İşlər
Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları
tərəfindən saxlanılıb.

Məlum olub ki, Azər Turabov Sabunçu rayonunda iki otaqlı ev tipli
qeyri-yaşayış sahəsi kirayələyib. Mövlə, Yaşar, Elzar, Asim adlı tanışları
həmin yerdə qumar oynamağa yer təşkil etdiyinə görə hər dəfə ona 40 manat pul
veriblər.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 244-1.2.1-ci
maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 15
000 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Source link