Kirayədə yaşayan vergi orqanının vəzifəli şəxslərinə pul kompensasiyası
veriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi gücləndirilir.
“Report”un xəbərinə görə, bu, “Dövlət vergi orqanlarında xidmət haqqında
Əsasnamə”də dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliklə vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi və maddi
təminatı ilə bağlı tənzimləmənin təkmilləşdirilməsi məqsədilə əsasnaməyə ayrıca
fəsil əlavə olunub.
Bu çərçivədə əsasnaməyə yeni təminatlar – vergi orqanlarında xidmət yerinin
dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə
götürülmüş mənzildə yaşayan vergi orqanının vəzifəli şəxslərinə pul
kompensasiyasının verilməsi, vergi orqanının vəzifəli şəxsləri üçün elmi
dərəcəyə görə əlavələrin verilməsi müəyyən edilib.