Azərbaycanlıların bəxti gətirib ki, onların belə lideri var.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitriy Kiselyov Sputnikə müsahibəsində bildirib.
Kiselyov qeyd edib ki, “İstəmirəm ki, sözlərim təşviqat kimi qəbul edilsin. Mən həqiqətən də İlham Əliyevlə görüşmüşəm və o mənə öz ölkəsinin tarixini bilən, böyük perspektivlərə baxışı olan məsuliyyətli hökumət lideri təəssüratı bağışladı”.
O bildirib ki, İlham Əliyev öz ölkəsinə inanır, onun infrastrukturu ilə və uzunmüddətli layihələri ilə həm maddi, həm də mənəvi cəhətdən məşğul olur.
“O əsl azərbaycan xarakterini təcəssüm edir. Azərbaycan cavan dövlət olduğu üçün, bu səpkidə formalaşan təsirə ehtiyac duyur. Azərbaycan lidersiz ola bilməz.
Mən hesab edirəm ki, azərbaycanlıların belə bir liderləri olduğu üçün bəxti çox gətirib. O, tələsmir, vaxtını əldən vermir və bu da çox əhəmiyyətlidir. O öz ölkəsini gəmi kimi çox əmin istiqamətdə aparır, təhlükələrdən və riflərdən yan keçir, hər cavan dövlət Azərbaycan qədər bunları ağrısız ötürməyə müvəffəq olmur”- deyərək “Rossiya seqodnya” BİA-nin baş direktoru qeyd edib.
Əli Məmmədov
www.ÇıxışYolu.Com