Kişi anasının sevgilisini bıçaqladı – CƏZA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sabunçu Rayon Məhkəməsində anasının sevgilisini bıçaqlamaqda təqsirləndirilən
Habil Səmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Rzayevin sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 9 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron
qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan zərərçəkmiş Şakir Əkbərov
(şərti) apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin
etməyib.
İttihama görə, hadisə 19 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində Bakı
şəhəri, Sabunçu rayonu ərazisində yerləşən binaların birinin qarşısında qeydə
alınıb.
Belə ki, Habil Səmədovla anasının qeyri-rəsmi münasibətdə yaşadığı zərərçəkmiş
Şakir Əkbərov arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə zərərçəkmişin
təqsirləndirilən şəxsin anasına qarşı etdiyi lüzumsuz təhdidlər olub. Habil isə
bir övlad olaraq anasına qarşı olunan hərəkətləri qəbul etməyərək özündə olan
mətbəx bıçağı ilə Şakirin bədəninin müxtəlif yerlərinə iki dəfə qəsdən vuraraq,
ona xəsarətlər yetirib.
Daha sonra Habil Səmədov istintaqa cəlb edilib və barəsində başqa yerə
getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.