4420eae0-dfb6-4891-84be-a390158a0fcd..jpg

Kişi arvadını yeni iş yerindən maaş almadığına görə döydü – MƏHKƏMƏ

Baxış sayı: 1. 014 dəfə baxılıb.

Kişi arvadını yeni iş yerindən maaş almadığına görə döydü – MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Qabil Eyvazovun
(ad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

İttihama görə, hadisə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evlərin
birində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Qabil Eyvazov arvadı Gülay Eyvazova (ad
şərtidir) ilə qadının yeni düzəldiyi iş yerindən maaşını alıb-almaması
məsələsinin müzakirə edib. Dərzi olan qadın isə hələ maaşının verilmədiyini
söyləyib.

Daha sonra onların arasında mübahisə yaranıb. Bu zaman təqsirləndirilən şəxs
yumruq və şillə zərbələri ilə zərərçəkmişin sifət nahiyəsinə zərbələr vurub.

Hadisədən sonra Gülay evdən çıxıb Qobu Polis Bölməsinə gedərək Qabil barədə
şikayət edib.

Polis əməkdaşları tərəfindən saxlanılan Qabil Eyvazov barəsində Cinayət
Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham
irəli sürülüb.

Source link