4e821ef1-3b88-4905-a8fc-8fdae84642b8.jpg

Kişi ona irad bildirən arvadını döydü – HÖKM

Baxış sayı: 277 dəfə baxılıb.

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada
təqsirləndirilən Teymur Muradovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı
yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən
prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Teymur Muradov cinayət məsuliyyətindən azad edilib və
barəsində olan cinayət təqibinə xitam verilib.

İttihama görə, hadisə 12 mart 2024-cü il tarixdə, saat 23 radələrində Abşeron
rayonu ərazisində qeydə alınıb.

Belə ki, Teymur Muradov ailə üzvləri ilə birlikdə yaşadığı evdə həyat yoldaşı,
zərərçəkmiş Banu Muradova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə
qadının ona ailəsinə lazımi diqqət yetirmədiyinə görə şifahi irad bildirməsi
olub. Bundan əsəbiləşən təqsirləndirilən şəxs arvadının üzərinə hücum edib,
ayaq, əl və yumruq zərbələri ilə onun sifət, baş və bədəninin müxtəlif
nahiyələrinə qəsdən zərbələr endirərək xəsarət yetirib.

Hadisədən sonra Teymur Muradov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Source link