43bbc5a3-aec8-44d1-a385-ad6601668533..jpg

Kişi şahmatçılar arasında Azərbaycan çempionatına start verilib – FOTO

Baxış sayı: 367 dəfə baxılıb.

Kişi şahmatçılar arasında Azərbaycan çempionatına start verilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün kişi şahmatçılar arasında Azərbaycan çempionatına start verilib.

Cixisyolu.com xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat
Federasiyasının birgə təşkil etdiyi yarış doqquz turdan ibarətdir.

İlk dörd yerin sahibi ikinci mərhələdə çempionluq uğrunda mübarizəni davam
etdirəcək. 20 şahmatçının iştirak etdiyi turnirin reytinq favoriti Aydın
Süleymanlıdır.

Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb.
Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.

Çempionatın baş hakimi Lütfiyar Rüstəmovdur.

Source link