Kişi şahmatçılarımız Olimpiadada ilk xal itkisi ilə üzləşdi – YENİLƏNİB

Baxış sayı: 3. 511 dəfə baxılıb.

Kişi şahmatçılarımız Olimpiadada ilk xal itkisi ilə üzləşdi – YENİLƏNİB

Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında kişi  şahmatçılarımız ilk xal itkisi ilə üzləşib.

ÇıxışYolu.Com xəbər verir ki, millimiz özü kimi bütün görüşlərdə qalib gəlmiş Polşa ilə heç-heçə edib – 2:2.

Bununla da millimiz xalını 13-ə yüksəldib.

18:38

Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında kişi  şahmatçılarımızın Polşa millisi ilə görüşündən üçü başa çatıb.

ÇıxışYolu.Com xəbər verir ki, Teymur Rəcəbov, Arkadi Naydiç və Eltac Səfərli görüşlərini heç-heçə ilə başa vurub. Şəhriyar Məmmədyarovun isə görüşü davam etməkdədir.

Qız millimizin görüşündə isə yalnız Günay Məmmədzadə və Zeynəb Məmmədyarova heç-heçə ediblər. Digər iki şahmatçımızın görüşü davam edir.

10:27

Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında kişi və qadın millilərimizin növbəti rəqibləri müəyyənləşib.

ÇıxışYolu.Com xəbər verir ki, 12 xalla ilk sırada olan kişi millimiz bu gün yığmamız kimi bütün görüşlərdə qalib gəlmiş Polşa ilə qarşılaşacaq. 

Bu görüşün nəticəsi turnir cədvəlinin liderliyi baxımından çox böyük önəm daşıyacaq. Sözügedən görüşdə dördüncü xanadakı şahmatçımız Rauf Məmmədov istirahət edəcək və onu Eltac Səfərli əvəzləyəcək.

Yan-Kjıştov Duda – Şəhriyar Məmmədyarov (qara)

Radoslav Voytaşek – Teymur Rəcəbov (ağ)

Yatsek Tomçak – Arkadi Naydiç (qara)

Kamil Draqun – Eltac Səfərli (ağ) 

10 xala malik olan və hazırda VII sırada qərarlaşmış qadın millimiz isə İtaliya ilə üz-üzə gələcək. Bu dəfə əvvəlki altı görüşdə iştirak etmiş beynəlxalq usta şahmatçımız Gülnar Məmmədova istirahət edəcək. 

Olqa Zimina – Günay Məmmədzadə (qara)

Yelena Sedina – Zeynəb Məmmədyarova (ağ)

Deziree di Benedetto – Xanım Balacayeva (qara)

Marina Brunello – Ülviyyə Fətəliyeva (ağ)

Qeyd edək ki, hər iki görüş bu gün saat 15:00-da başlayacaq.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com