0a0282df-0226-44e6-badd-b2b65b9bc338..jpg

Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olub – VİDEO

Baxış sayı: 385 dəfə baxılıb.

Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olub – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib.

Cixisyolu.com-ın məlumatına görə, finalda “Azərreyl” və “Murov Az Terminal”
komandaları üz-üzə gəliblər.

Bakı İdman Sarayında baş tutan qarşılaşma gərgin mübarizə şəraitində keçib.

İlk setdə “Azərreyl” 29:27 hesabı ilə qalib gəlib. Ardıcıl iki setdə “Murov Az
Terminal” oyunçuları üstün olublar – 27:25, 25:19.

Dördüncü setdə “Azərreyl” istəyinə çatıb – 32:30.

Həlledici, qızıl setdə (15:13) də üstün olan “Azərrey” rəqibə 3:2 hesabı ilə
qalib gələrək ölkə çempionu adına sahib çıxıb.

Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə “Neftçi” MOİK-ə qalib gələrək (3:0)
bürünc medal əldə edib.

Source link