b7b6d18b-79c9-4c42-9b8e-1283aeacb9b2..jpg

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti bəlli olub – FOTO

Baxış sayı: 411 dəfə baxılıb.

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün
yekun heyəti bəlli olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə yarışda çıxış edəcək seçmə
komandamıza təcrübəli oyunçularla yanaşı, gənclər də cəlb olunub.

Cixisyolu.com Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər
verir ki, 17-19 may tarixlərində Azərbaycanda baş tutacaq ilk turda millimizin
rəqibləri Rumıniya və Ukrayna milliləri olacaq. Mayın 24-dən 26-dək Belçikada
keçiriləcək ikinci turda isə komandamız meydan sahibi ilə yanaşı, Şimali
Makedoniya seçməsi ilə üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyun tarixlərində
Estoniyada baş tutacaq. Burada rəqiblərimiz ev sahibi və Lüksemburq olacaq.

Qeyd edək ki, komandamız mübarizəyə mayın 17-də start verəcək.

Qızıl Avropa Liqasında çıxış edən millimizin yekun heyəti:

Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Andrey Vasilenko, Cavid Əzimov,
Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev;

Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Emil Aşumov;

Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou;

Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov;

Baş məşqçi: Fərid Cəlalov.

Köməkçi məşqçilər: Akif Vəliyev, Vüsal Rüstəmov

Source link