Kişilərdən növbəti qələbə, xanımlardan ilk məğlubiyyət

Baxış sayı: 3. 851 dəfə baxılıb.

Kişilərdən növbəti qələbə, xanımlardan ilk məğlubiyyət

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında IV turun görüşləri keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, kişilərdən ibarət millimiz növbəti qələbəsini İngiltərə yığması üzərində qazanıb – 3,5:0,5.

Şəhriyar Məmmədyarov, Rauf MəmmədovTeymur Rəcəbov rəqiblərinə qalib gəlib. Arkadi Naydiç isə heç-heçə edib.

Qadınlardan ibarət yığma komanda isə Olimpiadada ilk məğlubiyyətini alıb. ABŞ millimizi məğlub edib – 2,5:1,5

Qeyd edək ki, kişi millimizin səkkiz, qadın millimizin isə altı xalı var.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com