Kişini Azərbaycana deportasiya etdilər, ailəsi küçədə qaldı

Kişini Azərbaycana deportasiya etdilər, ailəsi küçədə qaldı

Baxış sayı: 8. 998 dəfə baxılıb.

Aktauda Tacikistan vətəndaşı Tuxfə Xocayeva üç uşağı ilə birgə əlacsız vəziyyətdə qalıb. Onun tikinti sahəsində çalışan Azərbaycan vətəndaşı olan əri Bakıya deportasiya olunub.  

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Novosti Aktau” yazır.

Tuxfə Xocayeva azərbaycanlı əri ilə birgə təxminən üç il əvvəl işləmək üçün Bakıdan Aktauya gəlib. Əri tikinti sahəsində işləyib, Tuxfə isə evdar xanımdır.

Məlumata görə, tezliklə Tuxfə ikinci dəfə hamilə qalıb, qız uşağının doğulmasından sonra ailənin çətin günləri başlayıb.

“Gənc ananın dediyinə görə, bütün bəlalar pulsuzluğa görə olub. Ailə tez-tez yaşayış yerini dəyişib, belə ki, ev sahibləri güzəştə getmək niyyətində olmayıblar. Kirayə pulunu ödəyə bilməyən cütlük ev sahiblərinə sənədlərini girov qoyub. Sənədləri tükəndikdən sonra ailə küçələrə düşüb”, – deyə qəzet yazır.

“Mən bundan sonra nə edəcəyimi bilmirdim. Hər məsələdə ərimə bel bağlayırdım, o, həmişə deyirdi ki, pul gələnə qədər dözmək lazımdır. Ancaq pul əvəzinə, borc üstünə borc gəlirdi”, – deyə Tuxfə Xocayeva bildirib.

Qadın uşaqları ilə birgə ərinin işlədiyi tikinti sahələrindən birində olan kiçik vaqonda məskunlaşıb. O, sahənin təmizliyi və yemək hazırlamaqla məşğul olub. Üçüncü dəfə ana olacağını öyrənəndə, Tuxfə “Ümid evi” sığınacağına müraciət edib, belə ki, onun dediyinə görə, vaqonda yaşamaq artıq mümkün olmayıb.

“Təxminən bir həftədən sonra ərim gəlib məni apardı. O, bizə mənzil tutdu, ancaq işdə gecələməli olduq. Ev sahibi mənzildə qalmağımıza görə haqq istəyənə qədər hər şey belə davam etdi. Nə edəcəyimi bilmirdim, əşyalarımı toplayıb, həyat yoldaşımın tikinti yerinə yollandım. Onun orada olmadığını gördüm. Orada çalışan dostları və həmkarları onun Bakıya getdiyini bildirdilər”, – deyə qadın bildirib.

Sonradan məlum olub ki, Tuxfənin ərini Azərbaycana deportasiya ediblər. Onun Qazaxıstan ərazisində qanunsuz olaraq yaşaması faktı üzrə məhkəmə prosesi səkkiz aya yaxın davam etsə də, o, bu barədə heç kimi məlumatlandırmayıb.

Azyaşlı uşaqları ilə küçələrə düşmüş, hamilə qadın əlacsız vəziyyətdə qalıb. Xoşbəxtlikdən xeyirxah insanlar ona və uşaqlarına müvəqqəti sığınacaq verib. Qadın öz sənədlərini qaytarmağa cəhd etməyi qərara alana qədər bir neçə gün onlarda qalıb.

Bu an başqa bir xeyirxah insana – onu daşıyan taksi sürücüsünə rast gəlib. Taksi sürücüsü onun halına acıyaraq, Tuxfənin müxtəlif mənzillərdə girov saxladığı sənədlərin qaytarılması üçün kömək edib. Qadın yaxın gələcəkdə öz sənədlərini geri qaytaracağına, daha sonra pul yığıb evə qayıdacağına ümid edir.

www.ÇıxışYolu.Com