Kişini bıçaqlayıb, arvadını ölümlə hədələyən şəxslə bağlı QƏRAR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə və öldürməklə hədələmədə
təqsirləndirilən Novruz Əhmədovun barəsindəki məhkəmə qərarından dövlət
ittihamçısı tərəfindən verilən kassasiya protestinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti təmin edilib, Şirvan Apellyasiya
Məhkəməsinin çıxardığı qərar ləğv olunub, cinayət işi apellyasiya instansiyası
məhkəməsində yeni məhkəmə baxışına təyin edilib.
İttihama görə, hadisə 27 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində
Kürdəmir rayonu Yeni Şıxımlı kəndində qeydə alınıb.
Novruz Əhmədov həmkəndlisi B.Abıyevanı ölümlə hədələyib, onun həyat yoldaşı
T.Əliyevi isə bıçaqlayıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 9 ay müddətinə
azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi Novruz Əhmədovun
cəzasını 10 il 6 aya endirib. Qərardan narazı qalan dövlət ittihamçısı
kassasiya protesti verib.