Moldova paytaxtının mərkəzində partlayış baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Bir neçə dəqiqə əvvəl Kişinyovun Armyanskaya-Mateyeviça küçəsində ərzaq dükanında partlayış baş verib, hadisə nəticəsində iki nəfər həlak olub. Hadisə yerinə polis qüvvələri səfərbər olunub” deyə Kişinyov polis idarəsinin mətbuat xidmətinin məlumatında deyilir.
İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib.
Habelə şahidlər partlayışdan əvvəl dükan satıcısı ilə müştəri arasında münaqişənin yaşandığını bildirir. İddiaya görə, müştəri hansısa malı ödəniş etmədən götürməyə çalışıb, ancaq dükan satıcısı buna imkan verməyib. Nəticədə həmin şəxs geri dönərək, dükanı əl qumabarası ilə partladıb.
DETAILS: An explosion hits store in #Chisinau, killing several people – police reports https://t.co/86PggSHKwQ #Moldova pic.twitter.com/Kp9oVFnpQe
— Sputnik (@SputnikInt) 20 марта 2018 г.