af7efd90-3417-48ee-a86a-35c532bec26c..jpg

Kitablar, feminizm, rus sektoru: “Danışaq?” layihəsinin budəfəki qonağı Nigar Köçərli oldu – VİDEO

Baxış sayı: 508 dəfə baxılıb.

Kitablar, feminizm, rus sektoru: “Danışaq?” layihəsinin budəfəki qonağı Nigar
Köçərli oldu – VİDEO

Jurnalist Həmid Həmidov “Danışaq?” layihəsinin yeni buraxılışında izləyicilərə
daha bir maraqlı videomüsahibə təqdim edib.

Ənənəvi cümə podkastının budəfəki qonağı “Əli və Nino” kitab mağazaları
şəbəkəsi və nəşriyyatının baş direktoru, eyni zamanda sahibi Nigar Köçərli olub.

Söhbət zamanı Nigar Köçərli kitabın və mütaliənin insanın həyatında və
inkişafındakı rolu barədə danışıb. Onun sözlərinə görə, kitab oxumaq zəruridir.
Çünki mütaliə insanın dünyagörüşünü genişləndirir, həyata baxışını, fikir və
dəyərlərini formalaşdırır, uğurlar əldə etməsinə, yüksəlməsinə, inkişafına
kömək edir.

Nigar Köçərlinin fikrincə, heç vaxt kitab oxumayan insanlar hələ onların
həyatını tamamilə dəyişdirəcək və kitab oxumağa həvəsləndirəcək “öz
kitabları”nı tapmayıblar.

“Biz çox nadir ölkələrdənik ki, insanlar həyatlarında heç bir kitab
oxumadıqlarını qürurla bəyan edirlər”, – deyə o qeyd edib.

Nigar Köçərli istənilən istiqamətdə mütaliənin önəmli olduğunu vurğulayıb.

“Mən ciddi və qeyri-ciddi ədəbiyyat deyə bir fərqləndirmə aparmazdım. Çünki
istənilən ədəbiyyat ciddi ədəbiyyatdır”, – deyə o bildirib.

Daha ətraflı videosüjetdə:


Source link