KİV-ə senzura və məhdudiyyət qoyulmasında - DƏYİŞİKLİK

KİV-ə senzura və məhdudiyyət qoyulmasında – DƏYİŞİKLİK

Baxış sayı: 3. 693 dəfə baxılıb.

Azərbaycanda hərbi vəziyyət şəraitində KİV-lə bağlı qaydalarda dəyişiklik edilir.

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı Milli Məclisin (MM) Mədəniyyət komitəsinin aprelin 17-də keçirilən iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb.

Adıçəkilən komitənin sədri, akademik Rafael Hüseynov deyib ki, təklif edilən əlavələrə görə, hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” qanuna müvafiq olaraq KİV-in məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejimi tətbiq oluna bilər.

Onun sözlərinə görə, qanuna o da əlavə edilir ki, hərbi vəziyyətin qüvvədə olduğu müddətdə şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə KİV-in azadlığı müvəqqəti məhdudlaşdırıla bilər.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com