Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Balkanlara səfəri zamana ona qarşı sui-qəsd cəhdi edilə bilər.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Bu barədə Türkiyənin kəşfiyyat xidmətlərinə Makedoniyanın paytaxtı Skopyedə yaşayan türklər və Qərbin kəşfiyyat xidmətləri məlumat verib.
“Şayiələr gəzir ki, prezident Ərdoğanın Balkan yarımadası ölkələrinə səfəri zamanı ona qarşı sui-qəsd cəhdi olacaq”.
Qərbin kəşfiyyat xidmətləri öz növbəsində bildirib ki, türk əsilli bir qrup şəxs Ərdoğana qarşı onun Balkanlara səfəri zamanı sui-qəsd hazırlayır.
Fərqli mənbələrdən oxşar məlumatları əldə edən təhlükəsizlik qüvvələri araşdırmaya başlayıb.