b5a37777-f9af-4cf7-ba79-2c32d8dd87ca..jpg

KİV: ABŞ Yaxın Şərqdə iki min hərbçi yerləşdirəcək

Baxış sayı: 522 dəfə baxılıb.

KİV: ABŞ Yaxın Şərqdə iki min hərbçi yerləşdirəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Müdafiə Nazirliyi təxminən iki min hərbçini İsrailə dəstək məqsədilə Yaxın
Şərqə mümkün yerləşdirməyə hazırlamaq üçün seçib.

Bu barədə “The Wall Street Journal” Pentaqondakı mənbələrə istinadən məlumat
yayıb.

Bildirilir ki, hərbçilər ABŞ Silahlı Qüvvələrinin müxtəlif bölmələrindən cəlb
edilib. Onların əsas vəzifələri “məsləhətləşmə və tibbi dəstək” olacaq.

Hazırda ABŞ-nin seçilmiş hərbi personalı Yaxın Şərqin digər ölkələri və
Avropadadır. Onların transferinin konkret nəyə əsaslanacağı və hara göndərilə
biləcəyi hələ məlum deyil.

İstənilən halda Pentaqonun qərarı Vaşinqtonun İsrail qüvvələrinə dəstək
verməyə hazırlaşdığını göstərir.

Source link