“ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna ilə bağlı ABŞ Konqresinə
verdiyi vədi tutmayıb”.
Cixisyolu.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz redaktor
məqaləsində yazıb.
Nəşr qeyd edir ki, ABŞ Konqresinin bu ilin yazında Ukraynaya dəstək üçün
vəsait ayırmasının şərtlərindən biri qanunvericilərə “45 gün ərzində ABŞ-nin
Ukraynaya yardım strategiyası”nı təqdim etmək olub.
Bunun əvəzinə Bayden administrasiyası “lazım olduğu qədər” Kiyevi
dəstəkləyəcəyinə dair ümumi ifadələrin arxasında gizlənib.
Qəzet yazır ki, bu həftə ABŞ administrasiyası “Konqresin təyin etdiyi
müddətdən bir neçə ay sonra” sənədi təqdim edib. Bundan əlavə, sənəd tamamilə
məxfiləşdirilib. İndi respublikaçı qanunvericilər ictimaiyyətin onunla tanış
ola bilməsi üçün sənədin məxfiliyini ləğv etməyə çalışırlar.