7ef401c6-6b07-46f7-bdd6-42048b401df7..jpg

KİV: Finlandiya NATO-ya İsveçsiz daxil ola bilər

Baxış sayı: 944 dəfə baxılıb.

KİV: Finlandiya NATO-ya İsveçsiz daxil ola bilər

Türkiyə və Macarıstan alyansa qoşulmaq üçün ərizəni ratifikasiya edərsə,
Finlandiya İsveç olmadan NATO-ya üzv olmağa hazırdır.

Bu barədə bazar ertəsi Finlandiyanın “İltalehti” qəzeti məlumat yayıb.

Nəşrin mənbəsinin məlumatına görə, ötən həftə bu məsələ Finlandiyanın aparıcı
siyasətçiləri arasında müzakirə olunub.

“Biz faktları etiraf etməliyik: Biz Rusiyanın sərhəd qonşusuyuq. İsveçdəki
geosiyasi vəziyyət bizimkindən tamamilə fərqlidir”, – qəzetin mənbəsi izah edib.

O, iddia edib ki, Finlandiya Milad bayramından əvvəl Türkiyə ilə razılaşmalı
idi. “Türkiyənin Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı heç bir problemi
yoxdur”, – mənbə bəyan edib.

Qeyd edək ki, ötən həftə Finlandiyanın baş naziri Sanna Marin Stokholma səfəri
zamanı Suominin İsveçlə birlikdə NATO-ya üzv olmaq niyyətində olduğunu
təsdiqləyib. Eyni zamanda, həmin gün respublikada ictimai rəy sorğusunun
nəticələri dərc olunub. Sorğuya görə, finlərin əksəriyyəti – 53%-i NATO-ya
İsveçsiz daxil olmağa hazırdır.

Mənbə: TASS

Source link