KİV: Hər erməni iki min dollar borcludur

KİV: Hər erməni iki min dollar borcludur

Baxış sayı: 3. 147 dəfə baxılıb.

Rəsmi statistika göstərir ki, iqtisadi siyasətdə Ermənistanın üçüncü prezidenti uğursuzluğa düçar olub: yoxsulluq və mühacirət ciddi çağırışa çevrilərək, ölkənin təhlükəsizliyinə təhdiddir.

ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, bu barədə erməni nəşriyyatı 1in.am yazır.

Saytın məlumatına görə, Serj Sarkisyanın 10-illik idarəçiliyi ərzində Ermənistan iqtisadiyyatı 4 milyard dollar azalıb.

KİV: Hər erməni iki min dollar borcludur

“Ermənistanın iqtisadiyyatının inkişafına və ölkə əhalisinin rifahına heç bir təsiri olmayan dövlət borcu da artıb. 2008-ci ildə 1.9 milyard dollar, keçən ilin sonunda 6.7 milyard dollar təşkil edib”, – deyə agentlikdən bildiriblər.

Əgər 2008-ci ildə hər Ermənistan vətəndaşına 588 dollar borc düşürdüsə, bu məbləğ 2017-ci ilin sonunda artıq 2 254 dollar olub. Bu iqtisadi vəziyyət yoxsulluğu daha da gücləndirdi və mühacirəti stimullaşdırdı. Rəsmi məlumata görə, ölkə əhalisinin 30% kasıbdır, lakin həqiqətdə isə bu rəqəm daha böyükdür.

Erməni ekspertlərinin araşdırmaları göstərir ki, seçki prosesləri zamanı siyasi korrupsiyasının əsas hissəsi cəmiyyətin ümumi yoxsullaşmasının nəticəsidir. 1 yanvar 2008-ci ildə Ermənistanın daimi əhalisinin sayı 3 milyon 230 min nəfər, bu il yanvarın 1-də isə 2 milyon 972 min nəfər təşkil edib. Serj Sarkisyanın idarəçiliyi illərində Ermənistandan 260 min insan köçüb.

Qeyd edək ki, mühacirətin keyfiyyəti və strukturu da dəyişilib: ölkəni orta təbəqə tərk edir, bu da Ermənistan cəmiyyətinin strukturunu kökündən dəyişərək, sosial və ictimai münasibətləri tənəzzülə uğradır.

www.ÇıxışYolu.Com