ABŞ hesab edir ki, İran gizli şəkildə yaxınmənzilli raketlərini iki aydır etirazların davam etdiyi qonşu İraq ərazisinə keçirir.
“New York Times” xəbər verir ki, İran yaxınmənzilli raketlərin gizli arsenalını yaratmaqla Yaxın Şərqi qorxutmaq və orada hakimiyyətini qurmaq üçün İraqdakı xaosdan istifadə etməyə çalışıb.
Nəşrin yazdığına görə, bu raketlər İsrail və Səudiyyə Ərəbistanı da daxil olmaqla ABŞ-ın regiondakı müttəfiqlərinə, həmçinin, bölgədə yerləşən ABŞ qoşunları üçün təhdid təşkil edir.
ABŞ kəşfiyyatı iddia edir ki, İran sözügedən silahların keçirilməsi və gizlədilməsi üçün İraqdakı şiə silahlı birləşmələrindən istifadə edir.