KİV: Paşinyanın vəziyyətdən necə çıxdığını ancaq o və Putin bilir

Baxış sayı: 4. 145 dəfə baxılıb.

Rusiyanın “Lenta.ru” nəşri Ermənistan baş naziri Nikol Paşinyanın Moskvaya səfəri, Rusiya və Ermənistan münasibətləri ilə bağlı məqalə yayımlayıb. 

Azərbaycan oxucusu üçün yazının aktuallığını nəzərə alaraq, “Mən indicə rusiyalılarla barışdım! Onu tutsaq, biabır olacağıq” başlıqlı məqalənin bəzi hissələrini təqdim edirik:

“Ermənistanda hökumət dəyişikliyi dörd ay əvvəl baş tutdu. O vaxtdan respublikada ictimai-siyasi həyat qaynayır, ehtiraslar qızışır. Ancaq bəzi hallarda hadisələrlə zəngin Ermənistanın daxili gündəliyi Rusiyaya qarşı yönəldilir. 

Moskvada bu hadisələr elə də xoş qarşılanmır və bir neçə dəfə bunu erməni tərəfinə bildiriblər. Bəzi məsələlərə isə Rusiyanın qıcıqlanması açıq görünürdü. Buna görə liderlərin növbəti görüşü bəzi problemlərin kəskinliyini azaltdı, ancaq onları həll etmədi”, – məqalə müəllifi Elen Babayan qeyd edib. 

Никол Пашинян и Владимир Путин

Onun fikrincə, 10 sentyabrda baş tutan Putin-Paşinyan görüşünün nəticələri birmənalı deyil:

“Bir tərəfdən, erməni qonaq görüşdən tam razı qaldı və görüşlə bağlı təəssüratlarını tez bir zamanda “Facebook” hesabında paylaşdı.  

“Çox məhsuldar görüş oldu və nəticədə, deyə bilərəm ki, Ermənistan-Rusiya münasibətləri çox yaxşı vəziyyətdədir”, – Paşinyan yazıb və əlavə edib ki, bu münasibətlərdə heç bir istiqamətdə problem yoxdur. 

Digər tərəfdən, görüşdə təmkinli görünən Vladimir Putin bu ruh yüksəkliyini bölüşmür. Onun sözlərinə görə, Paşinyanla hazırkı əməkdaşlığın ortamüddətli perspektivdə davam etməsi barədə xəbərdarlıq etmək üçün görüşüb.


Babayan məqaləsində yazır ki, bu məsələ ilə bağlı işlər düzgün getmirdi:

“Lenta.ru Ermənistanın sabiq prezidenti Robert Koçaryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hazırkı baş katibi Yuri Xaçaturovun ittiham edildiyi “1 mart” işindən artıq yazı paylaşıb. 

Картинки по запросу ХАчатуров юрий

Onlar vətənlərində konstitusiya rejimini devirməkdə ittiham olunurlar və əməlləri sübuta yetirilsə, onları 15 ilədək həbs cəzası gözləyir. Əlbəttə ki, KTMT baş katibinin həbsi təşkilatda qarışıqlıq yaradıb. 

Bu hadisə Rusiya və Ermənistan yüksək vəzifəli diplomatları arasında KİV üzərindən atışmaya səbəb oldu, məlumatlarda Rusiya-Ermənistan silah müqaviləsinin təhlükə altında olduğu bildirildi. 

Hətta Xaçaturovun vəzifə səlahiyyətlərinin sonlandırılması və yeni baş katibin seçilməsi məsələsi gündəmə gəldi. Və dərhal şübhələr yarandı ki, Yerevan bu postu itirmək niyyətində deyil. 

Ancaq bununla məsələ bağlanmadı: Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, erməni hakimiyyətinin hazırkı fəaliyyəti sələflərinin siyasi təqiblərdən imtina ilə bağlı vədlərinə ziddir. 

Xaçaturovun heç vaxt siyasi ağırlığı olmamasına və hərbi strukturda işləməsinə baxmayaraq, Lavrovun bu sözləri Koçaryanın müdafiəsinə yönəlmişdi. 

“Son günlər bir neçə dəfə Ermənistan rəhbərliyinə narahatlıqlarımızı çatdırdıq. Ümid edirik ki, vəziyyət konstitusiya yolu ilə gedəcək”, – Lavrov bildirib. 

Qəribədir ki, bu açıqlamadan sonra Koçaryan Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxıldı. Erməni tərəfinin bu qərarın doğruluğuna şübhəsini aradan qaldırmaq üçün Vladimir Putin şəxsən Robert Koçaryanı doğum günü münasibətilə təbrik etdi. 


Bir sözlə, Babayan yazır ki, Ermənistanın yeni hakimiyyətinin “1 mart” hadisələri ilə bağlı araşdırmaları Rusiyanın siyasi və diplomatik müqaviməti ilə toqquşdu. 

“Bu işdə üçüncü fiqur olan Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyan Rusiya ərazisindədir və Moskva onu Yerevana verməkdən imtina edib. Ermənistan Arutyunyanı dövlətlərarası axtarışa verib, ancaq “İnterfaks”ın mənbəsi bildirib ki, Rusiya bu tələbi rədd edib və bildirib ki, axtarışa verilən şəxs 2002-ci ildən Rusiya vətəndaşıdır. 

Rusiya vətəndaşının 2008-ci ildən Ermənistan müdafiə naziri postunu tutması isə böyük müəmmadır. Vacib olan bu işdə adı çəkilən şəxsin Rusiya tərəfindən müdafiə edilməsidir”, – müəllif qeyd edib. 

KİV: Paşinyanın vəziyyətdən necə çıxdığını ancaq o və Putin bilir

Məqalədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan arasında telefon danışığının yayılması məsələsinə də diqqət yetirilib. 

Onlar Koçaryan-Xaçaturov-Arutyunyan üçlüyü ilə bağlı aparılan cinayət işini müzakirə ediblər. 

Audioyazıdan məlum olur ki, Vanetsyan hakimlə Koçaryanın işi barədə söhbətindən danışır.


Vanetsyan hakimin adını xatırlamasa da, ona Ermənistanın ikinci prezidentinin həbsi ilə bağlı qərar çıxarmaq əmrini verdiyi bildirib. 

Bundan başqa, Vanetsyan Xaçaturovla bağlı danışır. Əvvəlcə o, Xaçaturova toxunmamağı məsləhət görür:

“O, KTMT-nin baş katibidir, mən indicə rusiyalılarla barışmışam… tutsaq, biabır olacağıq”, daha sonra əlavə edir ki, “baş nazirin (Nikol Paşinyan) onu bağlamağı (həbs etməyi) tapşırmasına baxmayaraq, rusiyalılar dəridən-qabıqdan çıxır”.  

“Maraqlıdır ki, bu audioyazı Paşinyanla Putinin görüşündən üç gün əvvəl yayımlanıb. Demək ki, bu məsələnin Paşinyanın Moskva səfərinə aiddiyyəti var. Putinin görüş zamanı Koçaryan və Xaçaturov məsələsinə toxunduğu isə aydındır. Paşinyanın bu sualdan necə qurtulmasını isə özü və Vladimir Putin bilir”, – məqalə müəllifi qeyd edib. 

Məqalədə bildirilib ki, bu hadisədən sonra Ermənistan-Rusiya münasibətlərində problemin olmadığını demək hiylədən başqa bir şey deyil. 

www.ÇıxışYolu.Com