d1c62ee5-7af9-432b-a27c-57b40c942093..jpg

KİV: Peskov üç həftədir ki, ictimaiyyət arasında görünmür

Baxış sayı: 631 dəfə baxılıb.

KİV: Peskov üç həftədir ki, ictimaiyyət arasında görünmür

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov üç həftədir ki, brifinq vermir və
ictimaiyyət arasında görünmür.

Buna Rusiyanın “Brief” nəşri diqqət yetirib.

Peskovun jurnalistlər üçün sonuncu brifinqi avqustun 4-də keçirdiyi vurğulanır.

“Rusiya prezidentinin mətbuat katibi “The New York Times” qəzetinə verdiyi
müsahibəsində “Rusiyada prezident seçkisi əsl demokratiya deyil, bahalı
bürokratiyadır” dedikdən sonra ictimai sahədən yoxa çıxıb”, – deyə nəşr
“Telegram” kanalında iddia edir.

Qeyd edək ki, Peskov amerikalı jurnalistin onun sözlərini təhrif etdiyini
bildirmişdi.

Source link