KİV: Rusiya Kraliça II Yelizavetanın oğluna qarşı kompromat ələ keçirib

Baxış sayı: 2. 173 dəfə baxılıb.

KİV: Rusiya Kraliça II Yelizavetanın oğluna qarşı kompromat ələ keçirib

Rusiya Britaniya şahzadəsi Endrünü nüfuzdan salan informasiya ələ keçirə bilərdi.

“The Times” yazır ki, belə bir qərara Britaniya kəşfiyyatı Mi6 gəlib.

KİV-in məlumatına görə, kompromat  azyaşlıların cinsi istismarında günahlandırılan milyarder Ceffri Epşteyn ətrafında baş verən qalmaqalla bağlı ola bilər. Guya qurbanlardan biri, Epşteynin onu şahzadə Endrü da daxil olmaqla, bir sıra nüfuzlu kişilərlə cinsi əlaqəyə məcbur etdiyini etiraf edib.

Rusiya tərəfinə məlumatları tədqiqata girişi olan, lakin 2009-cu ildə ABŞ-ı tərk edərək Rusiyaya köçən Floridanın sabiq polis əməkdaşı Con Duqan verə bilərdi.

York hersoqu Endrü kraliça II Yelizavetanın ortancıl oğludur.