4542abc4-0587-47db-8745-b0f760a95a9a..jpg

KİV: Rusiyalı futbolçu “Neftçi”yə keçəcək

Baxış sayı: 524 dəfə baxılıb.

KİV: Rusiyalı futbolçu “Neftçi”yə keçəcək

“Ximki”nin sabiq yarımmüdafiəçisi Reziuan Mirzov “Neftçi”yə keçəcək.

Məlumata görə, yarımmüdafiəçi Azərbaycan klubu ilə mövsümün sonuna qədər
müqavilə imzalayacaq.

Hazırda Mirzov azad agent statusundadır. 30 yaşlı futbolçunun son klubu
“Ximki” olub.

Futbolçu 2020-ci ildən “Ximki”nin rənglərini qoruyub, Moskva vilayəti
komandasında 67 oyun keçirib, 14 qol vurub və 7 məhsuldar ötürmə edib. Ötən
mövsüm Reziuan Mirzov 27 matçda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə
edib.

“Ximki” 18 xalla Rusiya Premyer Liqasının turnir cədvəlində sondan əvvəlki,
15-ci yeri tutub.

Mənbə: “Çempionat”

Source link