Ermənistanın hazırki prezidenti Serj Sarkisyan aprelin 9-da yeni prezident Armen Sarksiyanın inauqurasiya mərasimindən sonra müdafiə naziri vəzifəsinə təyin edilə bilər.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Nəşr iddia edir ki, Serj Sarkisyan bundan sonra da ölkədə ən nüfuzlu şəxs olaraq qalacaq.
“Hökumətdəki etibarlı mənbə hazırki prezident Serj Sarkisyanın müdafiə naziri olacağına əmindirlər. Mənbə həmçinin bildirib ki, müdafiə naziri olacağına baxmayaraq, Sarksiyan bundan sonra ölkənin ən nüfuzlu insanlarında biri olacaq”, – qəzet yazır.