5490d66c-9b49-40da-8e49-360239b1388a..jpg

KİV: “SEPAH-ın bir qrup hərbçisi ayətullah Əli Xameneiyə qarşı sui-qəsd planlaşdırıbmış”

Baxış sayı: 949 dəfə baxılıb.

KİV: “SEPAH-ın bir qrup hərbçisi ayətullah Əli Xameneiyə qarşı sui-qəsd
planlaşdırıbmış”

“Ötən ilin payızında SEPAH-ın bir qrup hərbi qulluqçusu Əli Xameneiyə qarşı
sui-qəsd planlaşdırıbmış”.

“Report” xəbər verir ki, bu barədə “Iran International” 44 səhifəlik gizli
sənədə əsasən məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin payızında İranda davam edən kütləvi etirazlar
zamanı molla rejiminin əsas dayağı olan SEPAH-ın bir qrup hərbi qulluqçusu
Tehranda dövlət obyektlərini artilleriya atəşinə tutmağı planlaşdırıbmış.
Hədəflərdən biri isə İranın ali rəhbəri ayətullah Əli Xameneinin iqamətgahı
olub.

Qeyd edilib ki, sui-qəsdin üstü açılıb və həmin hərbi qulluqçular həbs
ediliblər:

“Bu sənəd Ə.Xamenei ilə SEPAH-ın 45 yüksək rütbəli komandiri və din xadimi
arasında yanvarın 3-də baş tutan görüşdən sonra hazırlanıb”.

İclasda bildirilib ki, etirazlar şəxsi heyət və kiçik zabitlərin mənəvi
vəziyyətlərinə mənfi təsir göstərib:

“Üstəlik, buna sıravi işçilərin əməkhaqlarının aşağı olması şərait yaradıb”.

Bundan başqa, hərbçilərin aksiyalar zamanı fərarilik etməsi, həmçinin
etirazçılara qarşı zorakılığın tətbiqindən boyun qaçırması, onların
nümayişçilərə yardım göstərməsi hallarının olduğu qeyd edilib:

“Buna görə də SEPAH-ın çox sayda hərbçisinin ailə üzvləri, o cümlədən
yüksəkrütbəli zabitlər etirazlarda fəal iştirak edib və həbs ediliblər”.

İclas iştirakçıları Ə.Xameneidən SEPAH hərbçilərinin həbs edilmiş ailə
üzvlərinə qarşı yumşaq davranılmasını, həmçinin SEPAH əməkdaşlarının həyat
şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görməsini xahiş ediblər.

Source link