KİV: Sevgilisinin sifarişi ilə Moskvada öldürülən azərbaycanlının qatilləri
Türkiyəyə qaçıblar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim
Əhmədovu öldürməkdə şübhəli bilinən şəxs və onun əlbir olduğu cinayət yoldaşı
Türkiyəyə qaçıblar.
Bu barədə “Mash” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, onlar tapançanı yolda atıb Şeremetyevo hava limanına gediblər,
oradan isə Türkiyəyə yollanıblar. Şübhəlilərin hər ikisinin axtarışı davam edir.
Xatırladaq ki, Nazim Əhmədov aprelin 20-də sahib olduğu “Yunis” mağazasının
yaxınlığında pusquya salınaraq öldürülüb. Qatil onu sinəsindən və başından
güllələyib. Əhmədovun rəsmi həyat yoldaşı, 61 yaşlı Ofeliya mağazaya gələn
zaman əri ilə birlikdə avtomobildə olub. Onu da öldürməyə cəhd ediblər, lakin
alınmayıb.
Moskva vilayətinin İstintaq Komitəsində hər iki təqsirləndirilən şəxsə qiyabi
olaraq “qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə
adamöldürmə” və “qanunsuz silah alveri” ittihamı irəli sürülüb.
Bundan əvvəl bildirilmişdi ki, Nazim Əhmədovun qətl səbəbi qadın intiqamı
qeyri-rəsmi həyat yoldaşı olduğu deyilir. Cinayət törətmək üçün qatili o tuta
bilərdi.