Yunanıstanın “PAOK” klubunun və Ukrayna yığmasının müdafiəçisi Evgeniy Xaçeridi “Qarabağ”a keçməkdə maraqlı deyil.
ÇıxışYolu.Com yunan KİV-nə istinadən bildirir ki, Donetsk “Şaxtyor”u, Kiyev “Dinamo”su və “Qarabağ” klubları E.Xaçeridini öz heyətlərində görmək istəyirlər. Ancaq E.Xaçeridinin özü Ukraynaya qayıtmaq istəmir və digər əcnəbi kluba keçmək niyyətindədir.
Yunanıstan mətbuatının yazdığına görə, 31 yaşlı sol cinah müdafiəçisi “Qarabağ”ın da maraq dairəsində olsa da, futbolçunun özü Azərbaycan Premyer Liqasının aşağı səviyyəyə malik olması səbəbindən bu keçidə xoş baxmır.