cd50b5e0-ab8a-4dac-a7bd-ad2624185e45..jpg

KİV: Xabi Alonso gələn mövsüm “Real Madrid”in baş məşqçisi olacaq

Baxış sayı: 498 dəfə baxılıb.

KİV: Xabi Alonso gələn mövsüm “Real Madrid”in baş məşqçisi olacaq

Xabi Alonso 2024/25 mövsümündən İspaniyanın “Real Madrid” futbol klubunun baş
məşqçisi təyin olunacaq.

Belə ki, komandanın hazırkı baş məşqçisi italiyalı Karlo Ançelotti 2024-cü
ildən Braziliya millisinə rəhbərlik edəcək.

Xabi Alonso 41 yaşındadır və 2022-ci ildən Almaniyanın “Bayer Leverkuzen”
klubuna rəhbərlik edir.

Futbolçu kimi Alonso 2009-2014-cü illərdə “Real Madrid”də çıxış edib və
komandanın tərkibində İspaniya çempionu, iki dəfə ölkə kubokunun qalibi,
Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub. Futbolçu İspaniyanın
“Real Sosyedad” və “Eybar”, İngiltərənin “Liverpul” və Almaniyanın “Bavariya”
klublarında da çıxış edib. İspaniya millisinin heyətində iki dəfə Dünya
Kubokunu və Avropa Çempionatını qazanıb.

Mənbə: Marca

Source link