Məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğ siması olduğu geyim brendi ilə
müqaviləsini uzadıb. Tatlıtuğun alacağı məbləğ isə gündəm olub.
Bu barədə Cixisyolu.com Haber Global-a istinadən xəbər verir.
2016-cı ildə Parisdə ailə quran, 2022-ci ildə isə oğulları Kurt Efeni
qucaqlarına alan Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizer daha əvvəl
övladlarının təhsili üçün Londona köçəcəklərini açıqlamışdılar.
İndi isə həm uğurlu karyerası, həm də şəxsi həyatı ilə tez-tez müzakirə
mövzusu olan Tatlıtuğ yeni reklam razılaşması imzalayaraq diqqətləri üzərinə
çəkib.
Belə ki, məşhur aktyor 14 ildir çalışdığı məşhur brendin payız-qış mövsümünün
reklam siması olub və onun bu işə görə təxminən 40 milyon lirə (təxminən 2
milyon manat) alacağı məlum olub.