Kıvanç Tatlıtuğ vergidən yayındığı üçün yenidən hakim qarşısına çıxıb.
“Sabah” xəbər verir ki, məşhur aktyora beş il həbs cəzası verilə bilər.
Məhkəmədə vəkili ilə birlikdə ifadə verən K.Tatlıtuğ maliyyə müşaviri tərəfindən aldadıldığını bildirib.
Məşhur aktyor qeyd edib ki, müşaviri onunla bərabər, bir neçə sənət yoldaşına da ziyan vurub. Hazırda həmin şəxs qaçıb gizlənir.
K.Tatlıtuğ bunu həm dövlətə, həm də ona edilən pislik kimi qəbul edir. Günahkarın tezliklə cəzalandırılmasını istəyir.
Məhkəmə K.Tatlıtuğun maliyyə müşaviri Erdal Doğan haqqında söylədiyi iddiaları araşdırmaq üçün vaxtı fevral ayına qədər uzadıb.
Dursun Tağıyeva