0586c205-b510-49a9-8388-feea68e99399..jpg

Kiyevə irimiqyaslı hava hücumunun nəticələri – FOTOREPORTAJ + VİDEO

Baxış sayı: 486 dəfə baxılıb.

Kiyevə irimiqyaslı hava hücumunun nəticələri – FOTOREPORTAJ + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna paytaxtı Kiyevə Rusiya ordusu tərəfindən noyabrın 25-nə keçən gecə
şəhərin mərkəzi Salomensk və Dneprovsk rayonlarını hədəf alan kütləvi dron
hücumları olub. Hücumların əksəriyyəti Ukrayna hava hücumundan müdafiə
qüvvələri tərəfindən alınsa da, tələfat ciddidir. Belə ki, hədəfdən yayınan
dronlar bəzi obyektləri vura bilib. Kütləvi hava döyüşünü yaşayan Kiyevdə
hazırda 74 çoxmənzilli yaşayış evi və 120 müəssisə hazırda işıqsız və susuzdur.

Kiyev hərbi administrasiyasının sözçüsü Mixail Şamanov “Report”un Şərqi Avropa
bürosuna paytaxtdakı hava döyüşünün son nəticələrini açıqlayıb:

“Bu səhər ay ərzində düşmənin pilotsuz uçuş aparatlarının (PUA) Kiyevə
dördüncü hücumu həyata keçirilib. Kiyev şəhəri hərbi administrasiyasının
rəhbəri general-polkovnik Sergey Popkonun sözlərinə görə, bu dron hücumu
Rusiyanın 2022-ci ilin fevralında müharibə başlamasından bəri ən genişmiqyaslı
PUA hücumu olub. İlkin məlumata görə, düşmən yenidən “Shahed” tipli PUA-lardan
istifadə edib. Kiyevə PUA-ların kütləvi hücumu olub. Onların hərəkət
istiqamətləri müxtəlif olub. Kiyev şəhəri və vilayətində 66 “Shahed” PUA-sı
məhv edilib. Dronların vurulması nəticəsində onların bəzilərinin qalıqları
Kiyevin müxtəlif hissələrinə düşüb. Məsələn, Salomensk rayonunda beşmərtəbəli
binanın ikinci mərtəbəsində ciddi dağıntılar baş verib. Bundan başqa, uşaq
bağçasının ərazisində yanğın baş verib. PUA hücumu nəticəsində 5 nəfər
yaralanıb. Onlara tibbi yardım göstərilib.

“Ukrenergo”nun məlumatına əsasən, düşmənin gecə hücumları nəticəsində mərkəzi
regionda elektrik enerjisinin ötürülməsini həyata keçirən magistral xəttə zərər
dəyib. Magistral xəttin təmiri ilə bağlı artıq işlərə başlanılıb, – əlavə edib.


Source link