8a3c9b8d-780f-4965-8f94-14f129db29e4..jpg

Kiyevə növbəti irimiqyaslı raket hücumunun nəticələri – FOTO

Baxış sayı: 700 dəfə baxılıb.

Kiyevə növbəti irimiqyaslı raket hücumunun nəticələri – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

44 günlük fasilədən sonra Ukraynanın paytaxtı Kiyev yenidən raket hücumuna
məruz qalıb.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu ilin yanvarından ara verən
fasilənin ardınca paytaxta Rusiya ordusu tərəfindən yenidən zərbələr endirilib.

Kiyev vilayətinin rayonları ilə yanaşı, paytaxtın mərkəzi Şevçenko rayonu da
hava zərbələrinə məruz qalıb. Bu, son günlər Ukrayna ordusu tərəfindən Rusiya
ərazisinə edilən hava hücumlarından sonra baş verib.

Kiyev hərbi administrasiyasının rəsmisi Mixail Şamanov bildirib ki, Hərbi Hava
Qüvvələrinin məlumatına görə, düşmən 11 “Tu-95MS” strateji bombardmançı
təyyarəsindən iki ballistik raket və 29 qanadlı raketlə hücuma keçib.

“Uğurlu əməliyyat nəticəsində düşmənin bütün raketləri Kiyev vilayəti və
paytaxt üzərində vuruldu, lakin xəsarət alanlar və dağıntılar oldu. İlkin
məlumatlara görə, raket hücumu nəticəsində 13 nəfər xəsarət alıb. Paytaxtın üç
rayonunda – Podolski, Svyatoşinski və Şevçenkoda dağıntılar var”, – deyə o
əlavə edib.

Source link