536dfd1b-1b44-436e-8ea8-8b3fe5035e9f..jpg

Kiyev sakinlərindən təşəkkür: “Çoxunun etmədiyini Azərbaycan edir” – VİDEO

Baxış sayı: 486 dəfə baxılıb.

Kiyev sakinlərindən təşəkkür: “Çoxunun etmədiyini Azərbaycan edir” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müharibə başlayan ilk gündən Azərbaycan Ukrayna xalqına humanitar yardımlar
göstərib.

2023-cü ildə isə enerji mənbələrinin hava hücumlarına məruz qalması səbəbindən
yaranan böhran ilə əlaqədar əsasən elektrik avadanlıqları göndərilib.

Rəsmi Bakının bu dəstəyi həm rəsmi dairələr, həm də Ukrayna xalqı tərəfindən
yüksək qiymətləndirilir.

Ukrayna Ali Radasının vitse-spikeri Olena Kondratyuk göstərilən humanitar
yardıma görə Azərbaycana təşəkkür edib:

“Bizim bu istiqamətdə Bakı ilə çox yaxşı layihələrimiz var. Bu barədə
Azərbaycanın Ukraynadakı səfiri ilə müzakirələr aparırıq. Uşaqların
reabilitasiyası ilə bağlı proqramı davam etdirəcəyik. İndiyədək ukraynalı
hərbçilərin övladlarından ibarət iki qrupu Azərbaycana göndərmişik. Onların
bəziləri kimsəsiz uşaqlardır. Bundan başqa, minatəmizləmə ilə bağlı çox yaxşı
layihə həyata keçiririk. Bu, Ukrayna üçün çox vacibdir, çünki hazırda ölkəmizin
200 min kvadratkilometr ərazisi minalanıb”.

Kiyev sakini Vasili Bilan isə Ukrayna xalqının Azərbaycanın köməyini heç vaxt
unutmayacağını bildirib:

“Çoxunun etmədiyini Azərbaycan edir. Sabah biz gücləndikdən sonra Azərbaycana
yardım göstərəcəyik. Ukrayna xalqı Azərbaycanın köməyini heç vaxt unutmayacaq.
Göstərilən yardımlara görə minnətdarıq. Ukraynada elektrik enerjisinin olması
da Azərbaycanın yardımının təzahürüdür. Azərbaycan xalqına bir daha təşəkkür
edirəm”.

Qeyd edək ki, son günlərdə Kiyevə edilən dron hücumları nəticəsində şəhərdə 75
çoxmənzilli yaşayış evi, 120 müəssisə işıqsız qalmışdı.

Ətraflı Baku TV-nin süjetində:


Source link