Ukrayna polisi gömrük xidmətinin əməkdaşları ilə Kiyevdə reyd keçirib və “Troyeşina” bazarının yaxınlığındakı hosteldə qalan 32 qeyri-leqal miqrantı yaxalayıb.
ÇıxışYolu.Com Ukrayna mətbuatına istinadla xəbər verir ki, saxlanılanlardan 20-si azərbaycanlıdır.
Azərbaycanlılardan başqa səkkiz Banqladeş, bir Tacikistan, iki Özbəkistan və bir Rusiya vətəndaşı saxlanılıb.
Məlum olub ki, onların hamısı Ukraynaya Rusiya ərazisindən daxil olublar.
“Buna görə saxlanılanların hər biri 3000 dollardan 5000 dollaradək cərimə ödəməli olacaqlar”, – polisdən bildirilib.
Saxlanılan şəxslərin deportasiyası üçün sənədlərin hazırlandığı bildirilib.