Çempionlar Liqasının finalı günü Kiyevdə ən bahalı hotel nömrəsinin gecəsi səkkiz min avro olacaq.
ÇıxışYolu.Com xəbər verir ki, ukraynalı jurnalist Vasili Konov öz “Twitter” səhifəsində ən bahalı hotel nömrələrinin skrinşotlarını paylaşıb.
Jurnalist britaniyalı həmkarından əldə etdiyi fotoşəkilləri dərc edib. Həmin şəkillərə görə, Avropanın ən mötəbər futbol turnirinin finalı ilə əlaqədar Kiyevdəki hotel qiymətləri 1700 – 11,000 avro arasında dəyişəcək.
Qeyd edək ki, ÇL-nin finalı mayın 26-da Kiyevin “Olimpiya” stadionda keçiriləcək. Həlledici matçda İngiltərənin “Liverpul” klubu Madridin “Real” klubu ilə üz-üzə gələcək.
Цены на отели в Киеве на даты финала Лиги чемпионов – в рублях при заходе из России и в фунтах (позаимствовал у коллег) при заходе из Великобритании. И больше не вспоминайте про Саранск, пожалуйста. pic.twitter.com/n5yiiFCCrL
— Василий Конов (41+) (@VasilyKonov) 3 May 2018