Kiyevdə hüquq mühafizə orqanları Liviyalı diplomatın oğlunu oğurlayan şəxslərin axtarışını aparır. Ukrayna paytaxtında “Perexvat” planı tətbiq olunub.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda Ukrayna KİV-də məlumat yayılıb.
Məlumata görə, iki naməlum şəxs Turqenyev küçəsində diplomatın oğlunu məcburi şəkildə tünd rəngli avtomobillə mindirib və ərazidən uzaqlaşıb.
Axtarışla bağlı paytaxtın polis qüvvələri ayağa qaldırılıb. Tünd göy rəngli “Volkswagen Golf” avtomobili axtarılır.
Oğurlanan şəxsin atasının Liviya səfirliyində maliyyə attaşesi işlədiyi bildirilir.