Kiyevdə Pasxa bayramı onlayn qeyd ediləcək?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Kiyev Şəhər Hərbi İdarəsi Pasxa bayramı ilə əlaqədar Ukrayna paytaxtının
sakinlərinə müraciət ünvanlayıb.
Müraciətdə qeyd olunub ki, ölkədəki müharibə vəziyyəti ilə əlaqədar və Rusiya
aviasiyasının həyata keçirdiyi zərbələri nəzərə alaraq sakinlərə kilsəyə getmək
əvəzinə onlayn ibadət seçmək tövsiyə edilir.
Müraciətdə, həmçinin vurğulanır ki, Pasxa bayramları günləri paytaxta asayişi
Ukrayna Milli Polis qüvvələri və Kiyev bələdiyyəsinin təhlükəsizlik işçiləri
qoruyacaqlar.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları kilsələrin yaxınlığında növbə
çəkəcəklər, onlar hava hücumu zamanı dindarları və ruhaniləri ən yaxın
sığınacaqlara təxliyə etməyə kömək olacaqlar”, – deyə müraciətdə vurğulanıb.
Mənbə: Unian