f3ebf35f-28f2-4561-8e8e-b020778e1a73..jpg

Klaar: “Azərbaycanla Ermənistanın müsbət və razılaşdırılmış gündəliyə sadiq qalması vacibdir” – FOTO

Baxış sayı: 550 dəfə baxılıb.

Klaar: “Azərbaycanla Ermənistanın müsbət və razılaşdırılmış gündəliyə sadiq
qalması vacibdir” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avropa İttifaqı (Aİ) Belçikanın paytaxtı Brüsseldə keçiriləcək yüksək
səviyyəli görüşün məhsuldar olacağına ümid edir”.

Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi
Toyvo Klaar sosial şəbəkədə yazıb.

“Hərtərəfli normallaşma istiqamətində növbəti addımları müzakirə etdiyim Bakı
və İrəvandan qayıtdım. Azərbaycanla Ermənistanın müsbət və razılaşdırılmış
gündəliyə sadiq qalması vacibdir. Bu qarşılıqlı təmasın bu ayın sonunda
Brüsseldə keçiriləcək yüksək səviyyəli görüşdə möhkəmlənəcəyini gözləyirik”, –
diplomat qeyd edib.

Back from Baku and Yerevan where I discussed next steps towards comprehensive
normalisation. Important for 🇦🇿 and 🇦🇲 to stay committed to a positive and
agreed agenda. Expect that this engagement will be firmed up at a high level
meeting in Brussels later this month
— Toivo Klaar (@ToivoKlaar) October 13, 2023

Source link